1847
Ölkə 15 sentyabr — 14:29

Siyavuş Novruzov daha bir vəzifəsini itirdi

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.

Bu barədə virtualaz.org-a partiyadakı mənbədən məlumat verilib.

Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

Virtualaz.org

Xəbərlər