1504
Ölkə 14 avqust — 21:35

Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi

Bu saatlarda Səbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Virtualaz.org-un xəbərinə görə, məhkəmənin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edir.

Vəkil A. İsmayılov virtualaz.org-a açıqlamasında bildirib ki, E.Həsənov ona elan olunmuş ittihamları qəbul etməyib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, E. Həsənov DTX tərəfindən həbs edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

***19:55

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirlib.

Virtualaz.org xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənov avqustun 13-də şübhəli şəxs qismində tutulub.

Virtualaz.org

Xəbərlər