3223
Ölkə 13 avqust — 18:55

Eldar Həsənov Belqradda yox, Bakıda həbs olunub

Bu gün səhər saatlarında səfir Eldar Həsənov Azərbaycan Xarici İşlər Nazirliyində olub. Bir neçə saat sonra o, DTX əməkdaşları tərəfindən tutulub.

Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Beləliklə, Rusiya mediasında Eldar Həsənovun Belqradda saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

***18:28

Azərbaycanın Serbiya, Bosniya və Hersoqovina, Montenegrodakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov Belqradda, səfirliyin ərazisində həbs olunub. Virtualaz.org xəbər verir ki, bu haqda TASS diplomatik mənbəyə istinadən bildirir.

“İnformasiya təsdiqlənib. Həbsin səbəbi pul məsələsidir”,-mənbə deyib. Azərbaycanın Belqraddakı səfirliyindən telefon zənglərinə cavab verən olmayıb.

Virtualaz.org

Xəbərlər