433
Ölkə 6 avqust — 23:32

“40 pillə” restoranının sahibi və müştəriləri cərimələndi

Səbail rayonunun Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb.

Baxış zamanı kafedə 8 müştərinin olduğu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb. Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər.

Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.

Xəbərlər