280
Ölkə 4 avqust — 01:04

Samur-Abşeron kanalında bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.

FHN-dən virtualaz.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər