322
Ölkə 16 iyul — 12:10

Bakıda karantinlə bağlı reydlər davam etdirilir

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Yasamal rayonu ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən virtualaz.org-a bildirilib ki, reydlər zamanı bəzi obyektlərdə çatışmazlıqlar aşkarlanıb. Belə ki, Yasamal rayonunun Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib.

Reydin nəticəsi olaraq “OBA” marketin məsul işçisi Ağakərim Qənbərov və “Qrandmart” supermarketinin işçisi Elgiz Paşayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat məbləğində cərimə olunublar, obyektlərin rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətlə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və sair kimi vasitələrdən istifadə olunması barədə müvafiq göstərişlər verilib.

Xəbərlər