1356
Ölkə 16 iyul — 09:05

Tovuz istiqamətində düşmən yenidən hücuma keçdi, döyüşlər gedir

Azərbaycan Müdafiə Nazirliyi düşmənin Tovuz istiqamətində mövqelərimizə yenidən hücuma keçdiyi, bölgədə şiddətli döyüşlərin getdiyi haqda təcili məlumat yayıb. Məlumatda deyilir ki, bu gün iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbərlər