588
Ölkə 14 iyul — 13:37

Düşmən Tovuzun Ağdam kəndində mülki sakini öldürdü

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

Məlumata görə düşmən mərmisinin partlaması nəticəsində daha bir kənd sakini ağır yaralanıb.

Virtualaz.org

Xəbərlər