407
Ölkə 13 iyul — 01:04

Gədəbəydə 32 yaşlı kişi əmisini öldürdü, arvadını yaraladı

Gədəbəy rayonunda 32 yaşlı şəxs əmisini öldürüb, onun arvadını yaralayıb.

Hadisə rayonun Qurudərə kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmyaıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna 5 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Daha sonra əmisinin arvadı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyin qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib.(Qafqazinfo)

Xəbərlər