2403
Ölkə 12 iyul — 19:04

“Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi haqda xəbərlər yalandır, düşmən geri oturdulub...”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin ordumuzun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Bununla  bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".

Xəbərlər