376
Ölkə 11 iyul — 14:14

Bakıda yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Virtualaz.org bildirir ki, edilən dəyişikliyə əsasən, avtomobillərin dayanma və durma qaydalarını pozmalarına görə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə olunub.

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarının pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, elə onu cərimə edən qurum tərəfindən də evakuasiya olunacaq.

Qeyd edək ki, dəyişiklik Məcəllənin yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də BNA-ya aiddir.

Xəbərlər