272
Ölkə 11 iyul — 13:53

Kürdə batan 3-cü şəxsin də meyiti tapıldı

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə virtualaz.org-a FHN-dən məlumat verilib.

Xatırladaq ki, iki gün əvvəl eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti batdığı gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti isə bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

***13:32

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, iyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Xəbərlər