371
Ölkə 7 iyul — 20:08

Bakıda karantin qaydalarını pozan daha bir kafe aşkarlandı

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub.

DİN-in Mətbuat Xidmətindən virtualaz.org-a bildirilib ki, obyektə baxış zamanı ümumilikdə yeddi nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.

Xəbərlər