306
Ölkə 4 iyul — 18:16

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin kəndə gedərək yas mərasimini başlamadan dayandırıblar. Mərasimi təşkil edilən şəxslər saxlanılaraq polis şöbəsinə aparılıb.

Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyulun 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın üç mərasimi üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimələniblər.

Xəbərlər