298
Ölkə 2 iyul — 02:00

Goranboyda traktor yandı

Goranboyda yanğın olub.

Hadisə rayonun Məşədiqaralar kəndində Sahib Zeynalovun həyətində baş verib.

Traktor işləyən zaman yerdəki ota düşən qığılcımdan yaranan alov zamanı traktor və ona qoşulan aqreqat yanaraq yararsız hala düşüb.

Həmçinin xeyli sayda ot bağlamasının da yandığı bildirilir.

Əraziyə FHN-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb. (qafqazinfo)

Xəbərlər