309
Ölkə 30 iyun — 11:33

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

Virtualaz.org-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar xüsusi sessiyasının sonuncu plenar iclasında 7 məsələ müzakirə olunub.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 1-i, 2-si, 5-i, 12-si, 19-u, 25-i, 29-u və 30-da keçirilib.

***10:54

Milli Məclis bu gün növbədənkənar sessiyanın daha bir iclasını keçirəcək.

Virtualaz.org bildirir ki, iclasın gündəliyinə 7 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Xəbərlər