216
Ölkə 30 iyun — 00:10

Sumqayıtda iki avtomobil toqquşdu

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 50-DN-811 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 90-LE-078 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. (report)

Xəbərlər