313
Ölkə 29 iyun — 20:20

Nəsimi rayonunda yaşayış binasının həyətində yanğın

Bakıda yaşayış binasının həyətində yanğın qeydə alınıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hündürmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb. (oxu.az)

Xəbərlər