187
Ölkə 30 may — 19:40

Qərb rayonlarına yağış yağdı, Daşkəsənə dolu düşdü

Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

Virtualaz.org bildirir ki, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə edilir.

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən, Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

Xəbərlər