218
Ölkə 30 may — 01:36

Füzulidə yol qəzası: yaralanan şəxs Bakıya gətirildi

Füzuli rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" bildirir ki, hadisə rayonun Aşağı Güzlək kəndində qeydə alınıb.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü Zeynalov Dadaş Sadiq oğlu xəsarət alıb.

Yaralı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Ona kəllə-beyin travması, beyin silkələnməsi və daxili qanaxma diaqnozu qoyulub.

Hazırda yaralının müalicəsi davam etdirilir.

Xəbərlər