1284
Ölkə 29 may — 18:10

"Qışda epidemiyanın ikinci dalğası gələ bilər..."

Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Vırtualaz.org xəbər verİr kı, budəfəki brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak edirlər.

Xəbər verildiyi kimi, bu gün qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb. Sərnişin nəqliyyatında, bazarlarda, ticarət mərkəzlərində, ictimai iaşə müəsisələrində, qapalı məkanlarda, eləcə də növbə olan yerlərdə tibbi maskadan istifadə məcburi olub. Eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Tədbirdə yeni qaydalar, həmçinin pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Ciddi nəzarət olacaq... 

İbrahim Məmmədov xatırladıb ki, Nazirlər Kabineti bu gün məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verib. İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur. Bununla belə, iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək. İctimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq.

İ. Məmmədov deyib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

 Cərimələrin məbləği müəyyənləşdiriləcək   

İ.Məmmədov deyib ki, hansısa rayonda koronavirus ocağı aşkarlanarsa, o rayonun qapadılması və xüsusi karantin rejiminin tətbiqi mümkündür. Bu məsələyə selektiv yanaşılacaq.

İ.Məmmədov onu da bildirib ki, ictimai-iaşə müəssisələrində, qapalı yerlərdə, sərnişin  nəqliyyatında maskalardan istifadə, həmçinin sosial məsafənin qorunması məcburidir.  "Yumşalmalar olduqca tələblər də sərtləşəcək.  Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir"- İ.Məmmədov əlavə edib.

Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq?

İ.Məmmədov bildirib ki, beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil. Azərbaycana giriş və çıxışla bağlı məhdudiyyət iyunun 15-dək uzadılıb.  Beynəlxalq uçuşlar bərpa olunacaqsa, Azərbaycanla başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədlərdə qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Eləcə də Türkiyədən, yaxud başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu mühüm məqamdır.

İ.Məmmədov deyib ki,  mayın 27-də 124 nəfər Moskvadan çarter reysi ilə Azərbaycana gətirilib.

Bu həftə 848 nəfər yoluxub

Ramin Bayramlı isə bildirib ki, 17-24 mayda 848 nəfər koronavirusa yoluxub. Daha öncəki həftədə 755, ondan əvvəlki həftədə isə 587 yoluxma faktı aşkarlanıb. Bu həftə isə 867 yoluxma faktı qeydə alınıb.

İndiyə qədər 58 nəfər ölüb

R.Bayramlı məlumat verib ki, bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4934 olub. 230 yeni yoluxma faktı aşkarlanıb. 1950 və 1948-ci il təvəllüdlü 2 xəstə vəfat edib: "4989 yoluxma qeydə alınıb. İndiyə qədər 58 nəfər vəfat edib. Hazırda xəstəxanalarda 1806 nəfər aktiv xəstənin müalicəsi davam etdirilir. 79 nəfər reanimasiyda mülaicə alır, 21 nəfər süni tənəffüs aparıtan qoşulşub”.

Yoluxmaların 47 faizi Bakının payına düşür

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür. Paytaxtda yoluxma Yasamal rayonunda çoxluq təşkil edir. Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9.2 faiz təşkil edir: "Koronavirusa Gəncədə 481, Sumqayıtda 259, Masallıda 47, İsmayıllıda 32, Qəbələdə 47, Beyləqanda 29 nəfər yoluxub. Masallının Əlişanlı kəndində 12, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Salyanda 114, Cəlilabadda 101 yoluxma qeydə alınıb".

Azərbaycanda 10 milyondan artıq maska ehtiyatı var

İbrahim Məmmədov bildirib ki, Azərbaycanda 10 milyondan artıq maska ehtiyatı var. Bununla bağlı problem yoxdur. Həmçinin idxal prosesi də davam edir.

Yoluxanların yaş göstəricilərinə gəlincə...

R.Bayramlı məlumat verib ki, 9 yaşa qədər uşaqlarda yoluxma 5 faiz olub. Yoluxma faizi qadınlarda 54, kişilərdə isə 46 faiz təşkil edib.

R.Bayramlı əlavə edib ki, vəfat edənlərin 20 nəfəri 60-69, 1 nəfəri 30-39, 2 nəfəri 40-49, 13 nəfəri 50-59,17 nəfəri 70-79 yaş arası, 5 nəfəri isə 80 yaşdan yuxarı olub.

Naxçıvana uçuşlar bərpa edilə bilər

R.Bayramlı deyib ki, iyunun 8-dən sonra daxili uçuşların, yəni Naxçıvana və digər bölgələrə uçuşların bərpası gözlənilir.

“Sədərək” və “Binə” ticarət mərkəzlərində çalışanlar bilməlidilər...

R.Bayramlı “Sədərək” və “Binə" ticarət mərkəzlərini fəaliyyətinin bərpası ilə bağlı məsələyə də münasibət bildirib. Deyib ki, xüsusən “Sədərək” ticarət mərkəzində çalışan vətəndaşlar qaydalara ciddi riayət etməlidirlər. 

Qapalı idman müəssələrinin açılması gözlənilmir

R.Bayramlı məlumat verib ki,  yaxın günlərdə qapalı idman müəssisələrinin açılması  gözlənilmir.  Qeyd edib ki, idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı bu günlərdə tapşırıq verilib.

Onun sözlərinə görə, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Sənəd təsdiqlənəndən sonra ictimaiyyətin  diqqətinə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə edilib: "Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir. Buradakı qaydaların necə olacağı metodik tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir".

Market sahiblərinə xəbərdarlıq edildi

R.Bayramlı marketlərdə vəziyyətlə bağlı da danışıb. Bildirib ki, aparılan araşdırmalar nəticəsində əskər marketlərdə metodik göstərişlərə əməl olunmadığı aşkarlanıb.

Marketlərdə nəzarət xüsusu şəkildə həyata keçiriləcək. Qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq.

Yas yerlərində yoluxmalar olub

R.Bayramlı onu da deyib ki, qadınların bir yerə toplaşması və sosial məsafənin qorunmaması yoluxmanı artırır.

Belə ki, yas yerlərində kütləvi yoluxma halları var. Xüsusilə rayonlarda və həyət evlərində qaydalara əməl olunmur. Analizlər də bunu göstərir. Buna görə də əhali qaydalara riayət etməlidir.

Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi gündəmdədir

R.Bayramlı deyib ki, şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi yenə gündəmdədir.

Qarşıdakı günlərdə yoluxmada artım olsa, bayram günlərində məhdudiyyətlər tətbiq oluna bilər. Həmçinin, lokal məhdudiyyətlərin tətbiqi də istisna olunmur.

Asiptomatik xəstələrin evdə müalicəsi...

R.Bayramlı bildirib ki, asiptomatik xəstələrin evdə müalicəsi üçün sənəd hazırlanır. Bakı şəhərində doluluq faizinin artması bu halı məcburi edə bilər. Protokollar hazırlanır və sahə poliklinikalarına göndəriləcək. Virus aşkar edilən şəxslərin evdə qalması məcburi olacaq və qaydanı pozanlar cərimələnəcək.

Evdə müalicəyə cəhd ağırlaşmalara səbəb olur

R.Bayramlı deyib ki, evdə müalicəyə cəhd onları narahat edən məqamlardan biridir. Koronavirusla bağlı ağırlaşmaların bir çoxu bu halla bağlıdır.

TƏBİB rəhbərinin sözlərinə görə, xaricdən gələn 800-ə yaxın vətəndaşımız hazırda karantindədir: "Təəssüflər olsun ki, insanlarımızın bu virusa inanmaması, məsuliyyətsiz yanaşması davam edir. Ancaq ölkəmizdə epidemioloji vəziyyət sabitdir. Biz məhz buna güvənərək sərtləşmə yox, yumşalma ilə bağıl qərarlar açıqlayırıq. Virusla mübarizənin nə qədər davam edəcəyini bilmədiyimiz üçün qaydalara riayət etməliyik".

R.Bayramlı əlavə edib ki,  həyati riskləri nəzərə alsaq, imtina edəcəyimiz şeylər o qədər də çox deyil. Maskadan istfiadə etmək, sosial məsafəni saxlamaq lazımdır.

Uşaq bağçaları və... toy mərasimləri

Brifinqdə bildirilib ki, uşaq bağçaları tezliklə açılmayacaq, toylara qoyulan məhdudiyyət də hələlik götürülməyib.

Rayonlara gediş-gəliş hələ bərpa olunmur

İ.Məmmədov rayonlara gediş-gəlişin bərpası ilə bağlı sualları cavanlandırıb. Bildirib ki, rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır: "Son günlərin yoluxma səviyyəsinin artması bu məsələdə bir az konservativ yanaşmaya vadar edir. Narıncı zonada yoluxmanın sayı artıqdır. Gediş-gəliş bərpa olunarsa, yoluxma daha da arta bilər. Operativ Qərargah hələlik bu məsələni saxlayıb”.

"Qışda epidemiyanın ikinci dalğası gələ bilər..."

R.Bayramlı bildirib ki, hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır.

Qaydalara riayət olunsa, epidemik ocaqlar sönəcək. Əksinə olsa, qış aylarında epidemiyanın ikinci dalğası gələ bilər.

R. Bayramlı əlavə edib ki,   son həftələrdə 7 gündən sonra təkrar pozitiv çıxan hallar artır:  “Mütəxəssislər düşünürlər ki, mutasiyanın baş verməsi buna səbəb ola bilər. Ona görə də mutasiya və ikinci dalğa ilə bağlı bir çox məsələ sual altındadır”.

Xarici ölkələrdən gətirilən vətəndaşlarımızın karantinə yerləşdirilməsi...

İ.Məmmədov bildirib ki, Rusiyadan və Türkiyədən vətəndaşlarımızın geri qayıtması təmin olunacaq. Ancaq bunun texniki tərəfi var.

O əlavə edib ki,  Azərbaycan və Rusiyanın müvafiq qurumları Dağıstanda toplaşan insanlarla bağlı məsələni tənzimləmək üzərində işləyirlər: “Həm Rusiyadan, həm Türkiyədən, həm də ümumilikdə xaricdən hər həftə Azərbaycana 200-500 nəfərin gətirilərək karantin zonalarına yerləşdirilmə imkanı var. Karantin zonaları boşaldıqca insanlar xaricdən təxliyə olunur. Sərhədlər açılana, uçuşlar bərpa olunana qədər bu rejim bu qaydada davam edəcək”.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər