222
Ölkə 29 may — 17:00

Qubada maşın dərəyə aşdı

Quba rayonunun Ördüc kəndi ərazisində “UAZ” markalı minik avtomobili dərəyə aşıb.

Virtualaz.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi hadisə yerinə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər