2587
Ölkə 28 may — 13:47

Salyanda qadını qətlə yetirib cəsədini kanala atmaqda şübhəli bilinən şəxsin kimliyi məlum oldu

Salyan rayonunun Yenikənd kəndi ərazisində 51 yaşlı Saatlı sakini olan qadını öldürməkdə şübhəli bilinən şəxsin kimliyi bilinib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, o, 34 yaşlı Salyan rayonunun Yenikənd kənd sakini Dadaşov Rabil Səfaləddin oğludur. Qətli törətməkdə şübhəli bilinən R.Dadaşov saxlanılıb.

Faktla bağlı istintaq davam edir.

***21:40

Hüquq mühafizə orqanları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin üstü çox keçməmiş açılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, dünən Salyan rayonunun Yenikənd kəndinin ərazisindəki şor su kanalından meyiti tapılmış qadını qətlə yetriməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında Salyan rayonunun Yenikənd kəndində şor suları axıdan kollektordan naməlum qadın meyiti tapılmışdı. Əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 51 yaşlı Saatlı şəhər sakini İbrahimova Şəhla Xudaşükür qızı olduğu məlum olmuşdu. Qeyd edək ki, qadının meytinin müayinəsi zamanı onun qətlə yetirildiyi aşkar edilmişdi.

Saxlanılan şəxsin kimliyi və cinayəti hansı səbəbdən törətdiyi barədə hələlik məlumat verilmir.

Virtualaz.org

***11:50

Ötən gün günorta saatlarında Salyan rayonunun Yenikənd kəndində cəsədi şor suları axıdan kollektordan tapılmış qadının kimliyi müəyyən edilib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, onun 51 yaşlı Saatlı şəhər sakini İbrahimova Şəhla Xudaşükür qızı olduğu məlum olub. Qeyd edək ki, qadının meytinin müayinəsi zamanı onun qətlə yetirildiyi aşkar edilmişdi.

Faktla bağlı cinayət işi qaldırılıb.

Virtualaz.org

Xəbərlər