339
Ölkə 26 may — 00:50

Gəncədə maşın dərin quyuya düşdü: ölən və yaralanan var

Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün diqqətsizliyi nəticəsində qazıntı işləri aparılmış yol kənarındakı dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Virtualaz.org bildirir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Qeyd olunur ki, FHN-in "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər