446
Ölkə 25 may — 20:24

Polis hədə-qorxu ilə pul tələb edən qardaşları saxladı

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıblar.

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Xəbərlər