358
Ölkə 23 may — 22:22

Xəzərdə dalğanın hündürlüyü 4.3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkədə müşahidə edilən faktiki hava şəraiti ilə bağlı növbəti məlumatı açıqlayıb.

Xidmətdən virtualaz.org-a bildirilib ki, mayın 23-ü saat 21:30-a olan məlumata əsasən, Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir, Kişçayda (Şəki) yağış yağıb.

Şimal-qərb küləyi Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 38 m/s, Bakıda 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahı, Qum adasında 25 m/s, Sumqayıt, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.3 metrə çatıb.

***19:30

Ölkədə mövcud olan faktiki hava şəraiti ilə bağlı növbəti məlumat açıqlanıb.

Virtualaz.org Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, mayın 23-ü saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

***17:14

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a bildirilib ki, mayın 23-ü saat 16:00-a olan məlumata əsasən respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Məlumata görə, küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.

Xəbərlər