301
Ölkə 23 may — 12:45

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində  gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir. 

“Azərişıq” ASC-nin mətbuat xidməti bildirir ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törətmiş, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaratmışdır. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə avadanlıq, materiallar və texnika göndərilib.

Xəbərlər