201
Ölkə 22 may — 19:50

Bayram günləri nəqliyyat və rabitə qurumları gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə xəbər verir.

Məlumatda deyilir ki, Nazirlik bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Mayın 24-25-də Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Mərkəzlər digər bayram günlərində isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.

Xəbərlər