501
Ölkə 20 may — 20:53

Prezidentin sərəncamının icrası başa çatdı, Astaranın 3 kəndi illər sonra elektriklə təmin olundu

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan  kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərin elektrik enerjisi ilə təchizatı üçün işləri tam yekunlaşdırıb.

 “Azərişıq” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalamışdı. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb və hər 3 kənddə müasir elektrik təchizatı sistemi qurulub. 

Belə ki, kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,  elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün zəruri  materialların və avadanlıqların böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb. 

Xəbərlər