1183
Ölkə 8 aprel — 20:29

"Həmin foto iki gün əvvəl çəkilib, problem artıq aradan qaldırılıb..."

Xəbər verdiyimiz kimi, Bakının “28 May” metro stansiyasının yaxınlığında, Ceyhun Hacıbəyli küçəsində karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq, hələ də mal-qara kəsilir. Həmin ərazidə çəkilmiş fotoşəkildən də görünür ki, antisanitariya şəraitində heyvan kəsilir, karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq, insanlar ət almaq üçün bir yerə toplaşırlar. 

Xəbərin yayımlanmasından sonra Bakı şəhər Baş Polis İdarəsindən virtualaz.org-a bildirilib ki, artıq həmin ərazidə mal-qara kəsiminin qarşısı alınıb: “Həmin fotoşəkil iki gün əvvəl çəkilib. Artıq həmin ərazidə mal kəsiminin qarşısı alınıb, problem aradan qaldırılıb”.

Xatırladaq ki, virtualaz.org dəfələrlə küçədə, antisanitariya şəraitində, xüsusən də, məktəblərin yaxınlığında, uşaqların gözünün qarşısında mal-qarasının kəsilməsi ilə bağlı problemi işıqlandırıb. Dövlət qurumlarının reydlərinə və vaxtaşırı yoxlamalarına baxmayaraq, hələ də küçələrdə heyvan kəsiminə rast gəlinir. 

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər