263
Ölkə 5 aprel — 22:39

Azərbaycanda indiyədək 44 753 nəfər koronavirus testindən keçirilib

Bu gün Azərbaycanda daha 3080 nəfər koronavirus testindən keçirilib.

Virtualaz.org bildirir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, bununla da ümumilikdə testdən keçənlərin sayı 44 753 nəfər olub.

Reanimasiyada olan xəstə sayı 5, intubasiya olunmuş xəstələrin sayı 3-dür.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 63 yeni yoluxma və 2 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 584 yoluxma aşkarlanıb. Onlardan 32-si sağalıb, 7-si ölüb. Hazırda aktiv xəstə sayı 545-dir.

Xəbərlər