296
Ölkə 30 mart — 16:21

AZAL-ın uçuş heyəti də Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırışlarının əks olunduğu sosial videoçarx hazırlayıb.

Aviaşirkətdən virtualaz.org-a verilən məlumata görə, AZAL ölkə vətəndaşlarına müraciət edərək, karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığımızı qorumaqdan ibarətdir: “Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir. Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz”.

Xəbərlər