417
Ölkə 30 mart — 15:00

Bakıda karantini pozan 428 nəfər və 98 obyekt cəzalandırıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-də 26 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar aparılan əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə bir nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan bir nəfər isə tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən, 98 ictimai iaşə obyekti sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Xəbərlər