164
Ölkə 28 mart — 15:40

Polis 25 cinayətin üstünü “isti izlər”lə açdı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xəbərlər