292
Ölkə 27 fevral — 22:44

Bakıda yeddi maşından oğurluq etdi, narkotiklə tutuldu

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Xəbərlər