543
Ölkə 27 fevral — 17:21

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi

B.Məmmədov bildirib ki, artıq adları çəkilən 3 stansiyaya da dayanıqlı elektrik enerjisi verilib və bütün stansiyalarda hərəkət bərpa edilib.

***16:50

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb: "Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb".

***16:42

Bu gün günorta saatlarında Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

Virtualaz.org xəbər verir ki, fasiləyə səbəb "Azərenerji" ASC-dən qidalanan 110 kVt-luq yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Eyni zamanda Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.

Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Virtualaz.org

Xəbərlər