167
Ölkə 27 fevral — 18:00

Nəsimidə taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər ələ keçdi

Nəsimi rayonunda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Nəsimi Rayon Pois İdarəsinin (RPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Məlumata görə, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi “VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2 000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

Xəbərlər