848
Ölkə 26 fevral — 17:32

Bakıda hələ də toz dumanı müşahidə olunur

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır".

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Direktor bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

*   *   *12:00

Hazırda paytaxt Bakıda müşahidə olunan duman təbii metereoloji hadisədir.

Bunu virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.

Xəbərlər