1381
Ölkə 23 fevral — 23:58

MSK bir gündə 28 məntəqənin nəticələrini ləğv etdi

Xəbər verdiyimiz kimi, fevralın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən virtualaz.org-a bildirilib ki, iclasda bu il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar əksər ərizəçilərin və maraqlı subyektlərin də iştirakı ilə daxil olan müraciətlərə baxılıb.

Komissiya müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların geniş və hərtərəfli araşdırılmasının nəticəsi olaraq 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 16, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 10, 60 saylı Salyan-Neftçala seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 10 və 29, həmçinin 118 saylı Ağdam şəhər seçki dairəsinin 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə yuxarıda sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvinə qərar verib.

Kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

*   *   *18:43

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən qeydə alınan namizədlərin müraciətlərinə də baxılıb.

Virtualaz.org-un məlumatına görə, iclasda bildirilib ki, deputatlığa namizədlər Natiq Cəfərli və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova deyib ki, araşdrmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir.

Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu vurğulayıb və həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Hər iki təklif səsə qoyularaq qəbul edilib. Sözügedən dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən qeydə alınan namizədlərin müraciətlərinə baxılıb.

Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, deputatlığa namizədlər Natiq Cəfərli və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

İclasda 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə də baxılıb.

Bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

*   *   *17:26

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında əvvəlcə Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi 34 saylı Xətai ikinci seçki dairəsindən qeydə alınan Baxışov Qəzənfər İsamməd oğlunun müraciətinə baxılıb.

Virtualaz.org bildirir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi seçki günü pozuntuların olduğunu əsas gətirərək həmin dairə üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş edib: "Şikayət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb. Bu səbəbdən şikayət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə də baxılıb.

Bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlı müraciətində dairə üzrə seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edib.

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab olunsun və DSK-nın qərarı qüvvədə saxlanılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.

*   *   *16:54

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Virtualaz.org bildirir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxırlar.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 29 fevral 2020-ci ilədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Onu da qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Xəbərlər