554
Ölkə 23 fevral — 09:58

Şamaxıda yenə zəlzələ oldu

Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib.

Virtualaz.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb.

Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, Şamaxıda dünən yerli vaxtla saat 07:05-də də zəlzələ qeydə alınmışdı.

3,3 maqnitudalı zəlzələ onda da hiss olunmamışdı.

Xəbərlər