659
Ölkə 23 fevral — 01:07

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıt şəhərində küçədə kişi meyiti tapılıb.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, Sumqayıt Şəhər Baş Polis İdarəsinə həmin ərazidə bir nəfərin meyitinin olması barədə məlumat daxil olub.

Araşdırma zamanı həmin şəxsin 1984-cü il təvəllüdlü Rəhimov Habil Əli oğlu olduğu müəyyən edilib.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı araşdırma aparılır

Xəbərlər