671
Ölkə 20 fevral — 01:56

Bakıda çoxmərtəbəli binada yanğın

Fevralın 19-da axşam saatlarında Bakının Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Xəbərlər