342
Ölkə 18 fevral — 23:56

Gəncədə “Mercedes” hasara çırpıldı

Gəncədə yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton hasara çırpılıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər