434
Ölkə 18 fevral — 17:53

Gədəbəydə körpü tikintisinə 2,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, sənədə əsasən Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə isə tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Xəbərlər