1043
Ölkə 17 fevral — 16:54

MSK Mixail Zabelinin dairəsində 7 məntəqəni etibarsız hesab etdi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb.

İclasda bildirilib müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermnin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

*   *   *16:39

Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir Seçki dairələri üzrə daxil olan şikayətlərə baxılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

Məlumat verilib ki, adıçəkilən seçki dairələri üzrə müraciətlər qanunla müəyyən olunmuş vaxtda daxil olmayıb.

Buna görə də şikayətlər geri qaytarılıb.

*   *  *16:32

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.

Bu barədə MSK-nın katibi Arifə Muxtarova qurumun iclasında bildirib.

Onun sözlərinə görə, müraciət araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tahir Mirkişilidir.

*   *   *16:03

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Virtualaz.org xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

*   *   *11:47

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

Virtualaz.org-un məlumatına görə, MSK-nın saat 16:00-da keçiriləcək iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq.

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir. Daxil olan digər müraciətlər isə baxılması üçün dairə seçki komissiyalarına geri göndərilib.

Xəbərlər