704
Ölkə 16 fevral — 22:28

Azərbaycanda yenə zəlzələ

Fevralın 16-da Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

*

Azərbaycanın cənub zonasında yenə zəlzələ olub.

“Report”un cənub bürosunun məlumatına görə, yeraltı təkanlar yenə də Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ təxminən 3-3,5 bal gücündə olub və hiss edilib.

İlkin məlumata görə, dağıntı və ya tələfat yoxdur.

Xəbərlər