1088
Ölkə 16 fevral — 16:50

DİN: "Onlar saxlanılmayıb, ərazidən kənarlaşdırılıblar..."

"Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib".

Bunları Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

"Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq", - deyə o qeyd edib.

*   *   *14:51

REAL hərəkatının lideri İlqar Məmmədov, Ruslan İzzətli, Mehman Hüseynov, Ülvi Həsənov və qanunsuz aksiya keçirməyi planlaşdıran digər fəallar saxlanılıb.

İlqar Məmmədovun tutulması ilə bağlı video sosial şəbəkələrdə yayılıb.

Xəbərlər