512
Ölkə 14 fevral — 10:24

Çindən qayıdan daha bir nəfər xəstəxanaya yerləşdirildi

Çindən qayıdan daha bir nəfər Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Bildirib ki, hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Nazirlik bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə məlumat yayıb. Məlumatda deyilir ki, dünən yerləşdirilən şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub, oradan Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Şöbədən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər