293
Ölkə 22 yanvar — 12:46

Bakıda yaşayış binasında yanğın

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsi 42 ünvanında qeydə alınıb.

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları alovun qarşısını alıb, bir neçə şəxs təxliyə edilib.

Xəbərlər