305
Ölkə 22 yanvar — 00:53

"Statkom" adambaşına düşən ÜDM-in artımı haqda

2019-cu ildə Azərbaycanda 81 681 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu, 2018-ci illə müqayisədə 2,2% çoxdur.

Ötən il adambaşına düşən ÜDM-in dəyəri isə 1,4% artaraq 8 247 manata çatıb.

İllik ÜDM-in 50 391,8 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu isə illik müqayisədə 3,5% çoxdur.

Məlumata görə, 2019-cu ildə Azərbaycanda 7 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2018-ci ilə nisbətən 7,2% çoxdur.

Ötən il ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,7% artaraq 3 751,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5% artaraq 4 085,5 milyon manat olub.

Xəbərlər